Roma Papası İran və İsraili sülhə çağırıb | VİDEO

   Roma Papası İran və İsraili sülhə çağırıb    | VİDEO
  14 İyun 2025    Oxunub:633
Vatikanın rəhbəri Papa XIV Leo İran və İsraili vəziyyətin gərginləşməsi və qarşılıqlı hava hücumları fonunda ağıllı davranmağa və dialoqu davam etdirməyə çağırıb.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, iyunun 14-də Müqəddəs Pyotr Kilsəsində çıxış edən Roma Papası İranla İsrail arasında baş verən son hadisələri “dərin narahatlıqla” izlədiyini bildirib.

“Belə bir incə məqamda mən təcili olaraq məsuliyyətə və dərrakəyə çağırıram”, - Pontifik deyib.

Papa XVI Leo vurğulayıb ki, nüvə təhlükələrindən azad daha təhlükəsiz dünya qurmaq istəyi qardaşlıq və ümumi mənafeyə əsaslanan ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş hörmətli dialoqa və səmimi baxışlara əsaslanmalıdır.

Tehran aeroportunda partlayış olub | VİDEO
- Heç kim başqasının varlığına təhdid etməməlidir. Bütün ölkələrin borcu barışıq yollarını açmaq və hamı üçün təhlükəsizlik və ləyaqəti təmin edən həll yolları barədə təkliflər verməklə sülhü qorumaqdır”, - dünya katoliklərinin dini lideri bildirib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Am Kelavi (Aslan kimi millət)” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəf alıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Papa   İsrail   İran  



Xəbər lenti